XFX MERC310 AMD Radeon RX 7900XT 20GB Black
Video kart GƏNCƏDƏDİR, barter YOXDUR. Real alıcılar zəng etsinlər. Yoxlamağa imkan yaradılacaq. Endirim olunacaq. Aşağıda yazılanları oxuyub sonra müraciət edin.
XFX SPEEDSTER MERC310 AMD RADEON RX 7900XT 20GB BLACK model video kartı yeni video kart (ASROCK 9070 XT TAICHI) aldığım üçün satıram. Heç bir problemi (o cümlədən "Coil Whine", pərlərin səs etməsi və s.), texniki nasazlığı və ya xarici (vizual) qüsurları yoxdur, tam işlək vəziyyətdədir. Temperaturları (adi max 67°, hotspot max 84°, yaddaş max 76°) qaydasındadır. Ustada, təmirdə olmayıb, plombu üzərindədir. Keçən il almışdım.
XFX şirkəti sırf AMD firmasına aid video kartlar istehsal edir və "Merc(ury)" ən üst seriyasıdır. Bu seriyadan olan video kartlar yüksək keyfiyyəti ilə seçilirlər. Hazırkı video kart "vapor chamber" (buxar kamerası) texnologiyası ilə təchiz olunub. Bu texnologiya video kartı maksimal soyuq saxlamağa xidmət edir. Enerji sərfiyyatı 350 vatt həcmində olmasına baxmayaraq video kartın temperaturları kifayət qədər aşağıdır. Bundan əlavə sırf bu modelin (Black edition) korpusu tamamilə metaldan hazırlanıb, plastikdən istifadə olunmayıb.
Quru performans baxımından RTX 3090-dan güclü, RTX 4070 Ti SUPER-ə bərabər, bəzi oyunlarda isə RTX 4080-dən daha güclüdür. RT performansı zəifdir.
Ümumiyyətlə video kart almaq istəyənlər tələssinlər, gələn ildən ramlarda olduğu video kartların da qiymətləri bahalaşacaq.
Bənzər elanlar
Hamısını göstər- eManat terminalında «Mağazalar şəbəkəsi və e-ticarət»
- MilliÖn terminalında «Elanlar və kuponlar»
- Kapital Bank terminalında «Digər ödənişlər»
- ExpressPay terminalında «Elanlar və kuponlar»
- Kassam terminalında «Digər»
- Keşpay terminalında «Elanlar və kuponlar»













































